MİQ üzrə vakansiya seçiminə start verilib

Müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin ümumi vakansiya seçimi mərhələsinə start verilib.
Bu barədə Adalet.az-a İnsan Resusları Mərkəzindən məlumat verilib.
Bildirilib ki, bu gün saat 11-dən müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətsiz müqavilə ilə vakansiya seçimi mərhələsi həyata keçiriləcək.
Bütün fənlər üzrə test imtahanında ümumtəhsil proqramı üzrə minimun 34 bal və tədris metodikası üzrə minimum 6 bal olmaqla, ümumi 40 bal və daha yüksək nəticə göstərən namizədlər 11 avqust saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimi edə biləcəklər.
Qeyd edilib ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq: "Vakansiya seçimi mərhələsi ilə bağlı ən çox ünvanlanmış sualların cavabları ilə https://miq.edu.az/faq linkinə daxil olaraq tanış ola bilərsiniz".
Digər Xəbərlər

Kənd qeydiyyatında olan uşaqlar şəhərdəki məktəblərdə təhsil ala bilərmi?

20 mindən çox uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub

I sinfə qəbul edilən uşaqların sayı açıqlandı

ABŞ-dan və Rusiyadan dünyaya xəbərdarlıq: Sabah ehtiyatlı olun

Xaricdə təhsil alan 107 nəfərin diplomu tanınmayıb

Qarabağ Universitetində rus və ingilis bölmələrinə qəbul aparılmayacaq

Azərbaycan Universitetinin nəşr etdiyi elmi jurnal ERIH PLUS bazasında indekslənir
