28 Aprel 2025 19:40
147
DÜNYA

"Moskva ilə münasibətləri pozmaq niyyətimiz yoxdur" - Paşinyan

Ermənistanla Rusiya arasında münasibətlər qarşılıqlı maraqlara əsaslanır; İrəvan Moskva ilə münasibətləri gərginləşdirmək və ya pozmaq niyyətində deyil.

Adalet.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Tallinndə estoniyalı həmkarı Kristen Mixal ilə mətbuat konfransında deyib.

"Ermənistanla Rusiya arasında münasibətlər qarşılıqlı maraqlar üzərində qurulub və  belə olacaq. Amma mən çox açıq demək istəyirəm ki, Ermənistanda da, fikrimcə, çox vaxt reallığı düzgün əks etdirməyən ifadələr olur. Bizim Rusiya ilə münasibətləri kəskinləşdirmək, pozmaq və ya korlamaq niyyətimiz yoxdur. Biz bütün beynəlxalq tərəfdaşlarla yaxşı münasibətlər qurmaq istəyirik", - deyə Paşinyan qeyd edib.