Naxçıvanda 2 tələbəni maşın vurdu

Naxçıvan şəhərində ağır yol qəzası baş verib.
Adalet.az xəbər verir ki, hadisə gecə saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, “KİA” markalı avtomobil yolu qarşı tərəfə keçən 2006-cı il təvəllüdlü Allahverdiyev Amin İntiqam oğlu və Məhərrəmov Zaur Fizuli oğlunu vurub.
Xəstəxanaya yerləşdirilən yaralıların vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, onların Naxçıvan Dövlət Universitetinin tələbələri olduğu bildirilir.