Nazir: Ermənistan konstitusiyasından ərazi iddiaları çıxarılmalıdır

Azərbaycan və Ermənistan arasında yekun sülhə nail olunması üçün Ermənistanda referendum keçirilərək konstitusiyadan Azərbaycana qarşı ərazi iddialarını çıxarmalı, həmçinin ATƏT-in Minsk Qrupu ləğv edilməlidir.
Adalet.az Apa-ya istinadla xəbər verir ki, bunu həmkarı Maka Boçorişvili ilə birgə mətbuat konfransında xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Referendumun keçirilməsi, öz əhəmiyyətini itirmiş və heç bir əməli mövcudluğu olmayan Minsk prosesi təsisatlarının, eyni zamanda, Minsk Qrupunun ləğvi istiqamətində addımların atılması zəruridir”, - Ceyhun Bayramov qeyd edib.
Ceyhun Bayramov qeyd edib ki, görüş zamanı Maka Boçorişviliyə işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işləri barədə, həmçinin keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışı prosesi, görülən nəhəng işlər barədə məlumat verib. O, mina probleminin təhlükəsiz qayıdışın qarşısında əsas problem olaraq qaldığını vurğulayıb.
Digər Xəbərlər

Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü

Ceyhun Bayramov Saja Farooqu qəbul edib

İlham Əliyevdən 2 milyon manatlıq SƏRƏNCAM

Ceyhun Bayramov çex həmkarı ilə müzakirə apardı

Cenevrədə Qadın Parlament Sədrlərinin Sammiti keçirilib, Milli Məclisin sədri çıxış edib

Hikmət Hacıyev İran Təhlükəsizlik Şurasının katibi ilə telefonla danışıb

Ceyhun Bayramovla Baxtiyor Saidov arasında telefon danışığı olub
