Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirəcək -FOTO

Azərbaycan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən 2025-ci il aprel ayının 30-da Tovuz Rayon Polis Şöbəsinin inzibati binasında Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Qazax, Ağstafa şəhər və rayonlarının sakinlərinin qəbulu keçiriləcək.
Adalet.az xəbər verir ki, həmin gün daxili işlər naziri tərəfindən bölgə üzrə polis orqanlarında vakant vəzifələrdə xidmətə qəbulla əlaqədar sıra baxışı da keçiriləcəkdir.
Qəbula yazılmaq istəyən vətəndaşlar Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı 29.04.2025-ci il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.
Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.
Digər Xəbərlər

Əfv komissiyasının iclası keçirildi - 100-dən çox müraciətə baxıldı

Bakı Şəhər İcra Hakimiyyəti Milli Şuraya cavab verdi

Prezident Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət etdi - YENİLƏNİB + FOTOLAR

Leyla Əliyeva Çindən paylaşım etdi - FOTOLAR

Allahşükür Paşazadə Roma Papasının xatirəsinə açılan başsağlığı kitabını imzaladı
jpg-1745398307.jpg)
Tariximizi işbazlara yox, dövlətə etibar edərlər, Səyyad müəllim!

Mehriban Əliyeva qızı və nəvələri ilə birlikdə Pekin Böyük Xalq Sarayında - FOTOLAR
