Nazirlikdən Yeni il bayramı ilə əlaqədar MÜRACİƏT
"Yeni ilin gəlişi münasibətilə insanların ənənəvi olaraq küknar ağacı ətrafında kütləvi şəkildə toplaşaraq keçirdikləri tədbirlər həm də yanğın təhlükəsi yaradır. Təəssüflə qeyd edək ki, bəzi vətəndaşların, o cümlədən fiziki və hüquqi şəxslərin ən sadə təhlükəsizlik qaydalarına biganə yanaşması, yanğın təhlükəsizliyi ilə bağlı tələbləri yerinə yetirməməsi sonda əziz bayram günlərində insan sağlamlığı üçün təhlükə yaradan, əmlak və infrastruktura maddi ziyanın dəyməsi ilə nəticələnən, bəzən faciəyə çevrilən yanğınların baş verməsinə səbəb olur".
Adalet.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin müraciətində bildirilib.
"Qeyd olunanlarla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə, o cümlədən Yeni il şənliklərinin keçirildiyi məkanların rəhbərlərinə müraciət edərək, yanğın təhlükəsizliyi qaydalarına riayət etməyin vacibliyini xatırladır.
Belə ki:
- evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
- işıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
- ağac tezalışan oyuncaqla bəzədilməməli;
- qapalı məkanda atəşfəşanlıq edilməməli;
- şənlik keçirilən məkanı tərk edərkən işıqlandırıcı cihazlar elektrik şəbəkəsindən ayrılmalıdır.
Həmçinin bayram şənliklərinin təşkil olunduğu məkanlarda aşağıdakılar nəzərə alınmalıdır:
- şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
- pəncərədə dəmir barmaqlıq olmamalı;
- məkanın iki çıxışı olmalı, ehtiyat qapı üzərində "Çıxış" sözü yazılmış yaşıl işıqlı elektrik lövhəsi asılmalı;
- ehtiyat çıxış yollarında sərbəst çıxışa mane olan heç nə olmamalı;
- təxliyə yolları işıqlandırılmalı və birbaşa çıxışa aparmalı;
- otağın qapıları mütləq çıxışa doğru açılmalı;
- məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
- şənlikdə işıqlar tam söndürülməməli;
- məkan ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmalı;
- bina və qurğulara, eləcə də yanğın hidrantlarına və su hovuzlarına sərbəst yaxınlaşma təmin edilməli, bu yerlərə gedən yollar nəqliyyat vasitələri üçün dayanacaq kimi istifadə edilməməlidir", - müraciətdə qeyd edilib.
Bildirilib ki, qanunvericiliyə əsasən, mülkiyyət formasından asılı olmayaraq tədbir keçirilən bütün obyekt və müəssisələrin rəhbərləri yanğın təhlükəsizliyinin təmin edilməsinə cavabdehlik daşıyır:
"Odur ki, tədbir ərəfəsində obyektin yanğından mühafizə sisteminə aid bütün qurğu, avadanlıq və s. təftiş edilməli, onların sazlığı təmin olunmalı, habelə obyektin bütün işçiləri yanğına qarşı təlimatlandırılmalı və baş verə biləcək yanğın hadisəsi zamanı vəzifələrini dəqiq bilməlidirlər. Tədbirlərin keçiriləcəyi məkanların rəhbərlərindən üzərlərinə düşən məsuliyyət çərçivəsində yanğın təhlükəsizliyi tələblərini müvafiq qaydada təmin etmək tələb olunur. Obyekt rəhbərləri yanğın təhükəsizliyinin təmin edilməsi sahəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinə müraciət edərək məsələ ilə bağlı metodiki köməklik və mütəxəssis rəyi ala bilərlər.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir!"
Digər Xəbərlər
18 Dekabr 2025 22:41
Vilayət Eyvazov yenidən Federasiya prezidenti seçildi -FOTO
18 Dekabr 2025 15:06
Gülçöhrə Məmmədova "Şərəf" ordeni ilə təltif edildi
18 Dekabr 2025 13:38
HP: Əsgərin xəstəlikdən ölməsi faktı üzrə araşdırma aparılır
18 Dekabr 2025 13:23
ÜST-nin Departament direktoru Səhiyyə Nazirliyində oldu
18 Dekabr 2025 10:54
Dövlət Xidmətində qanvermə aksiyası keçirilib
18 Dekabr 2025 09:43
Bakıda məktəblilər arasında yayılan "snus"la bağlı araşdırma başladıldı
17 Dekabr 2025 17:53
Gültəkin Hacıbəylinin şikayəti təmin edilmədi
17 Dekabr 2025 17:25


Bakı -°C

