adalet.az header logo
  • Bakı -°C
19 Dekabr 2025 15:42
63
İQTİSADİYYAT
A- A+

Neft məhsullarının ilk partiyası Ermənistana çatdı 

Azərbaycan mənşəli, 1300 ton tutumlu Aİ-95 markalı benzinlə yüklənmiş 22 vaqonluq qatar Ermənistan-Gürcüstan sərhədindən keçərək Ermənistana çatıb.

Adalet.az xəbər verir ki, bu barədə Ermənistan Respublikasının iqtisadiyyat naziri Gevorq Papoyan özünün Facebook səhifəsində yazıb.

"Bəlkə də bu, təkcə Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasından sonra deyil, həm də ümumiyyətlə müstəqillikdən sonra Ermənistan və Azərbaycan arasında ilk ticarət və iqtisadi sövdələşmədir”, - nazir qeyd edib.