03 Dekabr 2024 13:23
225
İDMAN

"Neftçi" 2800 manat cərimələndi

AFFA İntizam Komitəsi "Neftçi" klubunu 2800 manat cərimələyib.

Adalet.az xəbər verir ki, buna Misli Premyer Liqasının XV turunda "Qarabağ"la keçirilmiş Azərbaycan derbisində yaşananlar səbəb olub.

"Ağ-qaralar" sözügedən matçda azarkeşlərin meydana kənar əşya atmasına görə 800, fanatların kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi (bu hal ikinci dəfə yaşanıb) ucbatından 500 manat ödəyəcək. Bakı klubu meydana vaxtında çıxmadığı üçün görüş gec başlayıb və meydan sahibləri 1500 manat cərimə olunub.

"Köhlən atlar" isə tərəfdarlar pirotexniki vasitədən istifadə etdiyinə görə 1500 manat verəcək. Hazırkı ölkə çempionuna azarkeşlərin kütləvi şəkildə təhqiramiz ifadələri ucbatından (bu hal ilk dəfə yaşanıb) xəbərdarlıq edilib.

Qeyd edək ki, qarşılaşma "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb - 3:0.