Növbəti köç karvanı Ağdərəyə ÇATDI - YENİLƏNİB

Növbəti köç karvanı Ağdərəyə çatıb.
Adalet.az xəbər verir ki, Həsənriz kəndinə bu mərhələdə 25 ailə - 75 nəfər köçürülüb.
Bununla da Həsənrizə köçürülən ailələrin sayı 50-yə (166 nəfər) çatdırılıb.
***
11:12
Ağdərə rayonunun Həsənriz kəndinə növbəti köç yola düşüb.
Adalet.az xəbər verir ki, Həsənriz kəndinə bu gün yola salınan köç karvanı 25 ailədən (75 nəfər) ibarətdir.
Doğma yurdlarına köçürülən Həsənriz sakinləri ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Qeyd edək ki, Həsənriz kəndinə martın 3-də 91 nəfərdən ibarət 25 ailə köçürülmüşdü. Bu mərhələ də daxil olmaqla, Həsənrizə köçürülən ailələrin sayı 50-yə çatdırılıb.