Oğuzda balta ilə insanlara hücum edən ruhi xəstə saxlanıldı

Oğuzda kənd sakinlərinə balta ilə hücum edən Padar kənd sakini Ruslan Səmədov tutulub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, R.Səmədov saxlanılıb. Onun sağlamlıq vəziyyəti nəzərə alınaraq müvafiq ixtisaslaşdırılmış xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, Ruslan Səmədov əvvəllər də dəfələrlə xəstəxanada stasionar müalicə alıb. Vəziyyəti qənaətbəxş olduğu üçün evə buraxılıb. Həmçinin o, 2010-cu ildə Münəvvər Zakirovanı balta ilə qəddarlıqla öldürüb və azadlıqdan məhrum edilib.
Digər Xəbərlər

DİN Balakəndə əməliyyat keçirdi - Silahlı dəstə ifşa olundu - FOTOLAR

Onlayn mərc və qumar oyunları təşkil edən dəstələr ifşa edildi - Əməliyyat görüntüləri

DİN-dən əməliyyat - 30 kiloqram narkotik aşkarlandı
