Onlar jurnalistikaya aid olmayan tapşırıqları yerinə yetirirmişlər - Mətbuat Şurası bəyanat yaydı

"Sputnik Azərbaycan"ın rəhbəri İqor Kartavıx və baş redaktor Yevgeni Belousovun saxlanılmasının Rusiya Jurnalistlər İttifaqının açıq məktubunda iddia edilənlərin əksinə olaraq, onların jurnalistika sahəsində peşə vəzifələrini yerinə yetirmələri ilə heç bir əlaqəsi yoxdur.
Adalet.az xəbər verir ki, bu barədə Mətbuat Şurasının bəyanatında deyilir.
Qeyd olunur ki, göstərilən şəxslər Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidməti (FSB) ilə əməkdaşlıq edirdilər və jurnalistika fəaliyyətinə aid olmayan tapşırıqları yerinə yetirmək məqsədi ilə Azərbaycanda olublar:
“Bu baxımdan, onların saxlanılması qüvvədə olan qanunvericiliyə tam uyğun olaraq və hüquqi çərçivədə həyata keçirilmiş qanuni tədbirdir”.
Bəyanatda xatırladılır ki, əvvəllər "Sputnik Azərbaycan"a bir neçə il Vitali Denisov - Rusiya xüsusi xidmət orqanlarının zabiti, Baş Kəşfiyyat İdarəsi ilə sıx əlaqəli olan şəxs rəhbərlik edib.
Bundan əvvəl o, "Sputnik Cənubi Osetiya" agentliyinə, daha sonra isə "Sputnik Moldova"ya rəhbərlik edib. Bu vəzifələrdə olarkən o, göstərilən regionların media resurslarından Rusiya xüsusi xidmət orqanlarının maraqları naminə istifadə edərək, Kreml yönümlü gündəmi təşviq etmək məqsədi daşıyan informasiya-təbliğat kampaniyalarına rəhbərlik edib:
“Təxribat fəaliyyətinə görə Denisovun Azərbaycan və Moldovadan çıxarılması onun jurnalistika fəaliyyəti pərdəsi altında çox vaxt cəmiyyəti məlumatlandırmaqdan uzaq olan tapşırıqların yerinə yetirildiyini təsdiqləyir — söhbət qəbul edən ölkələrin milli təhlükəsizliyinə təhdid yaradan koordinasiyalı təsir və müdaxilə cəhdlərindən gedir.
Xüsusi xidmət orqanlarının Sputnik kimi yalançı media strukturlarından alət kimi istifadə etməsi, suveren dövlətlərdə vəziyyəti destabilizasiya etməyə yönəlmiş daha geniş hibrid strategiyanın bir hissəsidir”.
Digər Xəbərlər

Azərbaycanın bir sıra dövlət xadimləri adından saxta açıqlamalar yayılıb

"Ədalət" qəzetinin iki əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu

MEDİA "fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqladı

MEDİA: Bir sıra dövlət xadimlərinin adından saxta açıqlamalar yayılıb

Daxili işlər naziri adından saxta açıqlama yayılıb

Günay Əfəndiyeva: “İnanıram ki, “Əkinçi”nin maarifçi ruhu, “Molla Nəsrəddin”in cəsarətli sözü...”

Prezident media nümayəndələrini təbrik edib
