15 Aprel 2025 10:26
181
MƏMLƏKƏT

Otlaqların təyinatının dəyişdirilməsi proseduru müəyyənləşdi

Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi proseduru müəyyənləşib.

Adalet.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə qərar verib.

Yay və qış otlaqlarının, örüş və biçənək sahələrinin məqsədli təyinatının dəyişdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 201 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi Qaydaları”na əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı ilə həyata keçiriləcək.