Polis əməliyyat keçirdi - 3 kq narkotik aşkarlandı

Qaradağ Rayon Polis İdarəsi 11-ci Polis Bölməsinin əməkdaşları ilə birgə narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışına qarşı növbəti əməliyyat həyata keçirib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Adalet.az-a verilən məlumata görə, Bakı-Ələt avtomobil yolunun 47-ci kilometrliyində baş tutan tədbir nəticəsində 22 yaşlı Əşrəf Əliyev və 21 yaşlı Sadiq Əhədov saxlanılıblar. Onların üzərinə və Əşrəf Əliyevin idarə etdiyi “Chevrolet” markalı avtomobilə baxış zamanı ümumi çəkisi 3 kiloqrama yaxın olan heroin, tiryək, marixuana və 100 ədəd psixotrop tərkibli metodon həbi aşkarlanıb.
Saxlanılan şəxslər ifadələrində narkotik vasitələri Qaradağ rayonu ərazisindəki əvvəlcədən təyin etdikləri yerdən götürdüklərini və paytaxt ərazisində ayrı-ayrı ünvanlara çatdırmağı planlaşdırdıqlarını bildiriblər.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

"Qarabağda “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb" - Mnatsakanyan

224 ağacın kəsilməsi ilə bağlı cinayət işi başlandı

Cinayətdə şübhəli bilinən 94 nəfər saxlanıldı

Daşkəsəndə avtomat darağı və iki yüzdən artıq patron aşkarlandı

9-cu sinif şagirdini qaçıran 31 yaşlı şəxs SAXLANILDI

Gəncənin bombalanması barədə məlumatı kimdən aldığını AÇIQLADI

Bakıda dolları saxtalaşdıran dəstə üzvləri saxlanıldı - VİDEO
