Poqosyandan Bəqainin “Zəngəzur dəhlizi” "termometr"nə reaksiya: "İran bizi Türkiyəyə dəyişsə..."
Xəbər verdiyimiz kimi, İran XİN sözçüsü İsmayıl Bəqai açıqlaması Ermənistanda xüsusi təşvişə səbəb oldu. Beqai açıqlamasında bildirmişdi ki, Zəngəzur dəhlizinin açılmasını müzakirə etmək üçün İrandan Türkiyəyə nümayəndə heyətinin gedəcək. Məlumat yayılandan dərhal sonra İsmayıl Bəqai təkzib yaydı və ümumiyyətlə Zəngəzur barədə danışmadığını bildirdi. O, erməni qardaşlarının təşvişini sakitləşdirmək məqsədi ilə dedi ki, Türkiyə və İran sərhədində saxlanılan yük maşınları ilə bağlı İran nümayəndə heyəti Türkiyəyə gedir.
Əlbəttə ki bu hal erməni politoloqlarının nəzərindən qaçmadı.
Xüsusən, revanşist düşüncələrə malik politoloq Ara Poqosyan məsələyə dərhal reaksiya verənlərdən oldu. O sosial şəbəkə hesabında paylaşım edərək fikirlərini yaydı:” İran İslam Respublikasının Xarici İşlər Nazirliyinin rəsmisindən “Zəngəzur dəhlizi” ilə bağlı Türkiyəyə nümayəndə heyəti göndərməyə hazırlaşdığı barədə məlumat yayıldı. Məlumat xüsusilə Azərbaycan KİV-ləri tərəfindən fəal şəkildə yayıldı. (Azərbaycanın KİV mənbə kimi “Etimad” və “Xəbəronlayn”a istinad edərək məlumatı yayıb- red-Ə.R ) Bu xəbərdən sonra belə bir fikir formalaşdı ki, İran və Türkiyə bu məsələdə razılığa gələ bilərlər. Bundan əlavə, maraqlı olan o idi ki, yayılan məlumatda İran Xarici İşlər Nazirliyinin nümayəndəsi Bəqai iki ölkə arasında dəhliz məsələsinin “siyasi deyil, texniki məsələ olduğunu” bildirmişdi. Bu ifadənin özü suallar doğurdu, çünki İran üçün bu məsələ hətta siyasi kontekstdə yox, geosiyasi kontekstdə idi ki, bu da məsələnin vacibliyini vurğulayırdı.
Və bir az sonra İran KİV-i bununla bağlı izahat yaydı. “İran Xarici İşlər Nazirliyinin Zəngəzur dəhlizi ilə bağlı bəyanatı” başlığı ilə dərc olunan xəbər Daneşcu mediasının media hərəkəti olub və Xarici İşlər Nazirliyinin Zəngəzurla bağlı yeni mövqeyi yoxdur.
Təbii ki, bu, mühüm aydınlıqdır, xüsusən də bəyanatda Zəngəzur dəhlizi məsələsinə belə toxunulmadığına görə, daha çox Türkiyə yük maşınları üçün yanacaq məsələsinə toxunulmayıb ki, bu da İran tərəfinin fikrincə, siyasi deyil, texniki məsələdir. Bu, tamamilə məntiqlidir, lakin biz bilirik ki, siyasət çox vaxt dolayı hərəkətlər strategiyasına əsaslanır, xüsusən də İran məsələsində.
İran mediasının bu “termometr”indən Ermənistan nə başa düşməlidir?
Hesab edirəm ki, bu, xüsusilə Ermənistana yönəlmiş informasiya texnikası idi. Ermənistan İranla Azərbaycanın tələblər paketi ilə bağlı mövqeyini və qırmızı xətlərini aydınlaşdırmalıdır. Xüsusilə Zəngəzur məsələsində Ermənistanda Azərbaycan və Türkiyə bizi fors-major vəziyyətlə qarşı-qarşıya qoyacağı təqdirdə İranla birgə fəaliyyət planı hazırlamalıdır.
Əks halda İran öz maraqları naminə Türkiyə və Azərbaycanla anlaşa bilər, belə olan halda dəhliz deyilən məsələ bizim şanssızlığımızdan həqiqətən də texniki problemə çevriləcək.
Mən qəti əminəm ki, bu ssenaridə nə Aİ, nə də ABŞ bizə kömək etməyəcək və KTMT Ermənistan üçün çoxdan mövcud deyil. Ermənistan tək qalacaq, ona görə də bu gün biz Zəngəzurun müdafiəsi ilə bağlı müttəfiqlər koalisiyasını formalaşdırmağa və yaratmağa borcluyuq.
Sabah çox gec olacaq, xüsusən də Türkiyə problemlərini həll etməyi bacaranda”.
Qeyd edək ki, İran Zəngəzurla bağlı bütün açıqlamalarda “Zəngəzur dəhlizi”ni özünün “qırmızı xətti” olduğunu deyib.
Əntiqə Rəşid