Putin İlham Əliyevi Moskvaya səfərə dəvət etdi

Martın 15-də Moskvada qeyri-rəsmi görüş keçirən Rusiya Federasiyanın Prezidenti Vladimir Putin, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko və Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng ediblər.
Adalet.az xəbər verir ki, səmimi və dostluq mühitində keçirilmiş telefon söhbəti zamanı prezidentlər dövlətlərarası münasibətlərin gələcək inkişafına dair fikir mübadiləsi aparıblar.
Vladimir Putin dövlətimizin başçısını Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi ilə bağlı Moskvada keçiriləcək təntənəli tədbirlərə dəvət edib.
Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirib.
Dövlət baçşıları Moskvada Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək tədbirlərdə görüşəcəkləri barədə razılaşıblar.
Digər Xəbərlər

Eritreyada girov götürülən Azərbaycan gəmiləri ilə bağlı XİN-dən AÇIQLAMA

Matviyenko Ulu Öndərin məzarını ziyarət etdi

Prezident Zukan Helezi qəbul etdi - FOTO

Moldova da sülh sazişi ilə bağlı bəyanat yaydı: "Alqışlayırıq!"

Prezident Matviyenkonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Trampın müşaviri Hikmət Hacıyevlə DANIŞDI

Hikmət Hacıyev XII Qlobal Bakı Forumundan yazdı
