Qanunsuz işləyən çörək sexi bağlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəran rayonunun Mamusta kəndində fəaliyyət göstərən Dadaşova Mətanət Xani qızına məxsus çörək istehsalı müəssisəsində keçirilmiş yoxlama zamanı normativ tələblərin pozulduğunu aşkarlayıblar.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Adalet.az-a verilən məlumata görə, müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin sanitar-gigiyenik tələblərin pozulduğu, xammalın saxlanma şəraitinə və temperatur rejiminə əməl olunmadığı, məhsulların qablaşdırılmadan və etiketlənmədən satışa çıxarıldığı, müvafiq təmizlik işlərinin görülmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülərək sahibkar barəsində inzibati protokol tərtib edilib, istehsal müəssisəsinin fəaliyyəti nöqsanlar aradan qaldırılanadək müvəqqəti məhdudlaşdırılıb.
Digər Xəbərlər

Növbəti iki gündə güclü külək əsəcək - XƏBƏRDARLIQ

Sumqayıtda obyekt tikintisinə görə ağacları kəsdilər - Baş Prokurorluğa müraciət edildi

FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət etdi
