08 Yanvar 2025 14:24
346
MƏDƏNİYYƏT

Qarabağa "artsax" dedi, haylara 6 milyon dollar "atdı":Hiyləgər Snub Doqqun "sevgisi"

Ötən il xəbər vermişdik ki, amerikalı repçi, dünyanın ən məşhiur ulduzlarından biri Snup Doqq Ermənistana "atıb".


Xatırlayırsınızsa, məsələ belə olmuşdu:

Hələ 2023-cü ilin yayından repçinin Ermənistana gəlməsi ilə bağlı məlumat yayılsa da, indiyənə qədər onun İrəvana səfəri və ya konserti baş tutmayıb. Konsertin 2023-cü ilin sentyabrında baş tutacağı iə bağlı xəbər tirajlayan erməni mediası onu da qeyd etmişdilər ki, repçiyə 2,3 milyard dram ( 6 milyon ABŞ dolları) ödənilib.
Sonra məlum oldu ki, Snup Doggun konserti "artsax"da baş verən hadisələrlə əlaqədar baş tutmayıb, lakin bütün qonorar repçiyə çatsa da, Doqq pulu hələ də qaytarmayıb.


Erməni mediası narahatlıqla Təhsil və Mədəniyyət Nazirliyindən konsertin olub-olmayacağı, dövlət büdcəsindən konsert üçün ödənilən pulların qaytarılıb-qaytarılmayacağı ilə bağlı sorğu-sual edib və cavab belə olub:

“2024-cü il fevralın 15-də Ermənistan Hökuməti Fevralın 19-da Təhsil və Mədəniyyət Nazirliyi ilə “Doping Space” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dünya ulduzu Snup Doqun konsertinin 218 nömrəli qərarı əsasında təxirə salınması ilə bağlı müqavilə imzalanıb. Hazırda “Doping Space” MMC konsertin tarixlərini dəqiqləşdirmək üçün müğənni ilə danışıqlar aparır".
Hətta ötən il (2023) “Doping Space” şirkətinin həmtəsisçisi, prodüser Makar Petrosyan ictimaiyyətə kədərlə bildirmişdi ki, Snup Doqqun pulu qaytarmaq fikri yoxdur.

Hazırda məsələ yenə gündəmə gəlib.

Adalet.az xəbər verir ki, Ermənistan təhsil, elm, mədəniyyət və idman naziri Janna Andreasyan jurnalistlərə açıqlama verib. O bildirib ki, siz Jurnalistlər hər dəfə məndən Snup Doqq haqqında soruşduqda, mən o vaxt təşkilatçı şirkətdən əldə etdiyimiz məlumatları ötürürəm:" “Bilirəm ki, onlar il boyu konsertin baş tutması üçün danışıqlar aparıblar və müxtəlif vaxtlarda müəyyən ilkin razılıqları olub, nədənsə baş tutmayıb. Bu isə o deməkdir ki, müqavilənin müddəaları yerinə yetirilməlidir ki, konsert baş tutmadığından biz artıq planlaşdırıldığı kimi bütün pulları dövlət büdcəsinə qaytarmaq üçün təşkilata yazmışıq”, - deyə Janna Andreasyan bildirib.
Yeri gəlmişkən, bilirsiniz ermənilər S.Doqu okeanın o tayından İrəvana niyə dəvət ediblər? Guya başqa müğənni və ya məşhur yox idi ABŞ-da ? Vardı! Amma S. Doq ona görə seçildi ki, Qarabağda 2020-ci ildən sonrakı hadisələr zamanı öz sosial şəbəkə hesabında- İnstaqramda  Azərbaycanın ərazisi olan Qarabağı Ermənistan ərazisi kimi təqdim edib və oranı“artsax” adlandırıb. Daha sonra paylaşıma belə bir şərh yazıb:

“Əziz erməni xalqı, mən sizi düşünürəm və Ermənistanda, “artsax”da və bütün dünyada yaşayan ermənilərə öz sevgimi göndərirəm. Hər kəsə sevgi, sülh və möhkəm olmağı arzulayıram. Sentyabrın 23-də gələcəyəm”.

P.S. Malesef gələ bilmədi... Avantürist!!

 Əntiqə Rəşid