Qəzzada bir həftədə 270-dən çox uşaq həlak oldu

İsrailin hava hücumları nəticəsində yalnız bir həftə ərzində 270-dən çox fələstinli uşaq həlak olub.
Adalet.az xəbər verir ki, bu barədə beynəlxalq humanitar təşkilat olan "Save the Children" məlumatında deyilir.
Təşkilat bu hücumların Qəzzadakı humanitar böhranı daha da dərinləşdirdiyini qeyd edib.
Bildirilir ki, martın 2-dən İsrail hökuməti Qəzza zolağına humanitar yardımın daxil olmasını dayandırdığı üçün bölgədəki vəziyyət daha da çətinləşib.
Qeyd edək ki, İsrailin 2023-cü ilin oktyabrın 7-dən bəri həyata keçirdiyi hücumlar nəticəsində 2 milyon 300 min əhalisi olan Qəzza zolağında təqribən 2 milyon insan evlərini tərk edərək didərgin düşüb. Mülki infrastruktura və xəstəxanalara edilən zərbələr bölgədə geniş humanitar fəlakətə səbəb olub.
Digər Xəbərlər

Paşinyan: Qarabağ hərəkatı erməni dövlətçiliyinin formalaşmasına mane oldu

"Sülh müqaviləsi imzalayana qədər müharibə təhlükəsi var" - Rubinyan

İmamoğlunun vəzifəsini o icra edəcək

Netanyahu: Girovlar geri qaytarılmasa, İsrail Qəzzanı alacaq

Paşinyan: ABŞ dövlət katibi ilə söhbətdə İrəvan və Bakı arasında sülh sazişi məsələsi müzakirə edilib

"Sonuncu hadisədə soyğunçular bir-birini satdılar" - Ərdoğandan AÇIQLAMA

"Qoyun qiyafəsində olan kaftarları çox yaxşı tanıyırıq" - Ərdoğan
