10 Aprel 2025 10:43
552
İQTİSADİYYAT

Qızılın qiyməti yenidən BAHALAŞDI

Əmtəə bazarlarında qızılın bir troya unsiyası (31,1 qram) üzrə fyuçerslərin qiyməti artıb.

Adalet.az birja məlumatlarına istinadən xəbər verir ki, Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyası üzrə iyun fyuçerslərinin qiyməti 1,77% artaraq 3 133,94 ABŞ dollarına bərabər olub.

    COMEX-də gümüşün bir unsiyası üzrə may fyuçerslərinin qiyməti də 2,35% artaraq 31,13 ABŞ dollarına bərabər olub.