"Qodonun intizarında" tamaşasına ictimai baxış olub - FOTO

Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tamaşaçılarını daha bir maraqlı səhnə əsəri ilə sevindirəcək. Bu, dünya şöhrətli irland yazıçısı ,şair və.dramaturq Samuel Bekketin absurd teatrın klassik nümunəsi olan " Qodonun intizarında " pyesidir. Müəllifin eyniadlı pyesi əsasında hazırlanan tamaşa bu dəfə teatrın direktoru, istedadlı rejissor Mir Qabil Əkbərovun quruluşunda səhnə təcəssümü tapıb.
İctimai baxış zamanı teatrın direktoru Mir Qabil Əkbərov çıxış edib. Bildirib ki, 2025-ci ilin 1-ci rübbündə nəzərdə tutduğumuz " Qodonun intizarında" tamaşasına ictimai baxış keçirdirik.Tamaşanın xronometrajı bir saatdır, 4 nəfərlikdir. Tamaşa absurd üslubda yazılmış bir əsərdir.Əsər dünyaca tanınmış bir əsərdir. Absurdun ağırlığını nəzərə alaraq biz bunu bir pərdəli elədik.
Mir Qabil Əkbərov qeyd edib ki, tədbirdə Bədii Şuranın üzvlərindən əlavə, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin böyük məsləhətçisi Həsən Kərimov da iştirak edir, sözü ona verək..
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin Humanitar məsələlər şöbəsinin böyük məsləhətçisi Həsən Kərimov çıxışında bildirdi ki, "Qodonun intizarında" tamaşası bu gün uğurla təqdim olundu. Məlumdur ki, Dram Teatrın repertuarında tez-tez dünya ədəbiyyatı incilərinə müraciət olunur bu təqdirəlayiq haldır. Bu gün dövlətin mədəniyyət siyasətinin əsas istiqamətlərindən biri də, həm milli,həm də dünya mədəniyyətinin incilərinin təbliğ olunmasıdır. Hər dəfə teatr tamaşaçılarına yüksək əxlaqi, mənəvi keyfiyyət aşılayan tamaşalar təqdim edir. Tamaşalarda çox ciddi mesajlar verilir. Tamaşada nsanların müxtəlif vəziyyətlərdə keçirdikləri hiss və həyəcan müəllifin istədiyi kimi təqdim olundu. Az heyətin iştirak etdiyi tamaşa uğurla tamaşaçıya çatdırıldı. Behruz Haxverdiyevin, Zakir Fətəliyevin, Məmməd Mehdiyevin və gənc aktyor İsmayıl Mirzəcanovun ifaları uğurlu alındı.
Həsən Kərimov tamaşanın ərsəyə gəlməsində başda Mir Qabil Əkbərov olmaqla hər kəsə təşəkkürünü bildirdi . O,tamaşanın həm səhnədə,həm də qastrol səfərlərində uğurla nümayiş olunacağına ümid etdiyini də dilə gətirdi.
Sonra Bədii Şuranın üzvləri tamaşa haqqında yüksək fikirlərini,münasibətlərini bildirdi, yaradıcı heyətə uğurlar arzu etdilər.
Qeyd edək ki,səhnə əsərində Azərbaycan Respublikasının əməkdar artisti Behruz Haxverdiyev Vladimir, Zakir Fətəliyev Estraqon, gənc aktyorlardan Məmməd Mehdiyev Poçço və İsmayıl Mirzəcanov Lakki obrazlarını məharətlə canlandırırlar. Onlar tamaşada obrazları ustalıqla ifa edir, tamasaçıya həyəcan dolu anlar yaşadir, əsərin ideyasını dolğunluğu ilə çatdıridılar.
Tamaşanın rejissoru Mir Qabil Əkbərov,rejissor assistenti Leyla Yaqubova , quruluşçu rəssamı Araz Xudiyev, musiqi tərtibatçısı İbrahim Əliyevdir.
İnanırıq ki, " Qodonun intizarında" tamaşası da teatrın repertuarında uzun ömürlü səhnə əsərlərindən olacaq.
Adilə Səfərova
Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi
teatrşünas
Digər Xəbərlər
jpg-1746085294.jpg)
Ermənilərin Qarni dediyi Gərni məbədi yenidən "təmir"də:TƏCAVÜZ

Kukla festivalının Bakı mərhələsi yekunlaşdı

Sözlə Ucalan Bir İmperiyanın Gizli Qəhrəmanı: Şeyx Ədəbalı

Beynəlxalq Rəqs Günü münasibətilə hesabat konserti keçirilib

Multikulturalizm Mərkəzinin həmtəşkilatçılığı ilə Səmərqənddə konfrans keçirilib - FOTOLAR
jpg-1732270183jpg-1745836657.jpg)
Uydurmalardan ibarət erməni filminin nümayişi də ləğv edildi: İordaniyada

Möylə Mirzəliyev vəfat etdi
