"Onlar universitetə yüksək balla girməyib..."
"Uşağın gələcək təhsil istiqamətinə uyğun olaraq, illərdir ki, sadəcə dərsliklər deyil, əlavə test tapşırıqlarına xüsusi üstünlük verirəm. Hər tədris ilin ilk aylarında bir neçə günümü ayırıb kitab mağazalarını “monitorinq” edirəm. Hansı test kitabları daha çox satılır, hansı müəlliflərin tərtibi daha düzgündür, müəllimlər hansı materialları daha çox tövsiyə edir, repetitorlar hansı müəllifləri daha peşəkar hesab edirlər – deyə hamısını mümkün qədər diqqətlə analiz edirəm".
Adalet.az xəbər verir ki, bunu iqtisadçı Eldəniz Əmirov deyib.
O, bildirib ki, maraqlı bir nəticə ortaya çıxır:
"Deməli, ən çox təriflənən müəlliflərin böyük qismi vaxtında universitetə yüksək balla belə daxil olmayıb. Məsələn, konkret bir fənn üzrə maraqlananda, bir-birini tanımayan bir neçə müəllim eyni test kitabını “peşəkar, dolğun və düzgün hazırlanmış” hesab edir. Müəllif barədə maraqlananda görürəm ki, o, regiondakı nüfuzu yüksək olmayan ali məktəbə aşağı balla daxil olub. Eyni hallı digər bir neçə müəllif üçün də gördüm.
Onlar universitetə yüksək balla girməyib. Amma bu gün onlar öz işlərini qurublar, minlərlə gəncə fayda verirlər, peşəkar məhsullar ortaya çıxarırlar və bununla da həm də öz biznesi qurub, qazancını qazanırlar.
Deməli, dostlar, uğur heç də “hara daxil oldun?”, “neçə bal topladın?” sualları ilə ölçülmür. Uğur insanın öz üzərində yorulmadan, fasiləsiz və sistemli şəkildə işləməsidir. Davamlı zəhmət çox vaxt keçmişdəki hər cür “balları” qabaqlayır".
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
12 Dekabr 2025 14:24
Azərbaycan Universitetində ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib
10 Dekabr 2025 18:50
"Müəllim adını daşıyanlar Ümummilli liderin işıqlı xatirəsini..."
10 Dekabr 2025 16:37
Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
10 Dekabr 2025 13:28
Distant iş zamanı əməyin mühafizəsi necə olacaq? - AÇIQLAMA
09 Dekabr 2025 21:15
Valideynlər övladlarının fənn nəticələrini portal üzərindən izləyə biləcəklər
08 Dekabr 2025 20:07
Mingəçevir Dövlət Universiteti Regionda daha bir ilkə imza atdı
08 Dekabr 2025 17:34
Doktorantların xarici dillər üzrə imtahan nəticələri elan olundu
08 Dekabr 2025 14:48


Bakı -°C

