“Qərb bunların içi üzünü bilib imtina edəndə şimala üz tutdular...”
“Dövlətə xəyanət maddəsi bağlı Cinayət Məcəlləsində ən ağır maddədir. Bu gün Ramiz Mehdiyev də bu maddə ilə ittiham olunur. Məlum partiya sədri Əli Kərimlinin də Ramiz Mehdiyevlə gizli əlaqələrindən söhbət gedir. Çünki dövlətə xəyanət etmək keçmişinə, nəslinə, kökünə, şəcərəsinə xəyanət etmək deməkdir. Vətənə xəyanət etməyin mənası çox dərindir. Bu cür insanlara hansısa formada hümanist münasibət göstərilməsi qətiyyən olmaz. Bu şəxlər ən sərt formada cəzalandırılmalıdır ki, başqalarına da nümunə olsun və belə xətaları heç kim etməsin”.
Bunu Adalet.az-a açıqlamasında “Yeni Xətt” Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib.
O, bildirib ki, Əli Kərimlinin gizli əlaqələrinin olması bu günün yox, çoxdanın məsələsidir:
“Çünki söhbət Milli Şuradan, Milyonerlər İttifaqından gedir. Partiya sədrlərinin zaman-zaman öz siyasi xətlərində dönüşlərin etməsi və bu dönüşlərin yaranması əslində elə həmin məsələlərlə bağlı imiş sən demə. Biz əvvəllər də buna öz mövqeyimizi bildirmişik, sadəcə o vaxt heç kim məsuliyyəti öz üzərinə götürmürdü. Gizli əlaqələr təbii ki, o vaxt da mövcud idi. Bilirsiniz o vaxt qərbyönümlü, kommunist, liberallar kimi adlarla fəaliyyət göstərən partiyalar var idi, hər biri özlərini bir ölkəylə bağlamaq istəyirdilər və həmin ölkənin nümayəndəsi kimi özlərini aparırdılar. Onların eləsi var idi ki, həqiqətən də özünü təqdim etmək istəyirdi, eləsi də var idi ki, artıq təqdim etmişdi və həmin ölkələr tərəfindən də müəyyən maliyyə və digər siyasi dəstəklərə nail olmuşdu”.
O, bildirib ki, sonradan bu partiyaların içi üzü açıldı və onların dərin prespektivə malik olmayan, siyasi nəzəriyyəni bilməyən siyətçi olduğu ortaya çıxandan sonra Qərb dairələri bunlardan imtina etməyə başladı:
“Onlar da öz siyasətlərində bunlarla bağlı dönüş yaratdılar. Bunlar bunu hiss edən kimi Şimala doğru üz tutdular. Dövlətə xəyanət və yaxud da ki, hakimiyyətin dəyişilməsi ilə bağlı bunlarda ümidlər qığılcımı ondan yaranmağa başladı”.
R.Hüseynov deyib ki, bunun da nəticəsi indi bəllidir ki, onlar bu gün həbsdədir:
“Bizim müvafiq dövlət qurumları çox peşəkar fəaliyyət göstərirlər. O qurumların hansısa bir əsasları olduğuna görə onlar bu gün həbsdə saxlanılır. Onların Azərbaycan məhkəmələrinə həmişə sayğısızlıq göstərmələri, “biz tanımırıq”, “legitim saymırıq” kimi ifadələri də boş, mənasız bir illuziya idi. İndi onlar mərhələli şəkildə məhkəmələrə müraciət edib həbslərinin ev dustaqlığı ilə əvəz edilməsini istəyirlər. Əgər həqiqətən də sizin üçün Azərbaycan qanunları qeyri-legitim idisə, onda niyə siz bu müraciətləri edirsiniz?! Bütün bunlar hamısı populist, xalqın gözünə yalan danışmaq idi. Xalq da bunların kim olduğunu bilir və ona görə də heç bir ciddi dəstək, siyasi uğur qazana bilmirlər. Bu uğursuzluq da onların psixoloji durumuna ciddi zərbə vurub və bu zərbənin altında da narsist siyasət həyata keçirməklə məşğuldurlar. Arzu edirəm ki, bu siyasi proseslərdə əli olan kimlər varsa, onları da xalqa tanıtdırsınlar. Dövlət orqanlarından xahişim budur”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
15 Dekabr 2025 18:14
Amnistiya barədə qərar layihəsi Milli Məclisdə müzakirə olunacaq
15 Dekabr 2025 16:44
Aİ iki Azərbaycan vətəndaşına qarşı sanksiyalar tətbiq etdi
15 Dekabr 2025 15:32
Prezident amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
15 Dekabr 2025 15:30
İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verdi
15 Dekabr 2025 15:06
20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
15 Dekabr 2025 14:54
Mir Şahinin Vaxtı - VİDEO
15 Dekabr 2025 14:36
Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişdi
15 Dekabr 2025 12:53


Bakı -°C

