Restoranda müştərinin kartından oğurluq edildi - administrator saxlanıldı

Restoranda müştərinin bank kartından oğurluq edən administrator saxlanılıb.
Adalet.az xəbər verir ki, hadisə Suraxanı rayonunda yerləşən restoranların birində qeydə alınıb.
Restoranda yemək yeyən şəxs hesabı kartla ödəmək istədiyini bildirib. Restoranın administratoru isə onlarda post-terminalın olmadığını deyib və pulu yaxınlıqdakı bankomatdan çıxarmaq üçün müştəridən kartını ona verməsini istəyib. Müştəri isə maddi vəsaiti çıxarmaq üçün bank kartını və şifrəni administratora verib. Sonradan zərərçəkən kartından ödənişlə birlikdə ümumilikdə 1006 manatının çıxarıldığını aşkar edib.Zərərçəkənin şikayətindən sonra əməli törədən restoranın administratoru - 42 yaşlı G.Quliyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.
Digər Xəbərlər

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi

Marketlərdən 54 min dəyərində naqil oğurlayanlar tutuldu

Vətəndaşların kartlarından daha 13 818 manat oğurlandı

Şəhid atasını aldadaraq pulunu oğurladılar - VİDEO

"Fransa Xarici İşlər Nazirliyinə məlumat verməli idim" - Martin Ryan

Avtomobili etibarnaməsiz idarə edən sürücü narkotik aludəçisi imiş

İrandan PUA ilə gətirilən narkotiki götürməyə gələn şəxslər saxlanılıb
