Rusiya saytları hayları Qafqazda "qədim"ləşdirməyə girişib: 2500 yaşlı Arma-Assuriya krallığı?
Rusyaya bağlı mətbuat yenidən Ermənistana qol-qanad sərməkdə israrlıdır və onların Qafqazda “qədim dövlət” olduğunu isbat etmək üçün müəyyən çalışmalarını davam etdirir.
Adalet.az xəbər verir ki, “Русская семерка” saytı yazır və qeyd edir ki, erməni dövlətçiiyinin tarixi təxminən 2500 ildir, onun mənşəyini daha dərindən axtarmaq lazım gəlsə də, Arme-Assuriya krallığında (e.ə. XII əsr) tarixçi Boris Piotrovski, e.ə. 7-6-cı əsrlərdə skif-erməni birliyinə çevrildi:”İlk dövlətlər təxminən 6000 il əvvəl meydana çıxdı, lakin bütün ölkələr bu günə qədər sağ qala bilmədilər. Bəziləri yoxa çıxıb, bəzilərinin isə yalnız adları qalıb. Elə dövlətlər də var ki, Köhnə Dünya ilə əlaqəni qoruyub saxlayıb. Ermənistan da sonunculardan biri kimi görünür.
Qədim Ermənistan eyni vaxtda mövcud olmuş və ya bir-birini əvəz edən krallıq və dövlətlərin rəngarəng konqlomeratıdır. Tabal, Melid, Muş çarlığı, Hurri, Lulubi və Urartu dövlətləri - onların sakinlərinin nəsilləri sonda erməni xalqına birləşdilər. "Ermənistan" termini ilk dəfə Fars kralı I Daranın (e.ə. 521) Behistun kitabəsində rast gəlinir və bununla da sönmüş Urartu ərazisində fars satraplığı təyin edilir.
Daha sonra Araz çayının vadisində Ararat Krallığı meydana çıxdı və bu, daha üç dövlətin yaranmasına əsas verdi: Sopen, Pokr Hayk və Mets Hayk. Təxminən eramızdan əvvəl III əsrdən. e. Erməni xalqının siyasi və mədəni həyatının mərkəzi Ararat vadisinə köçür”, - deyə arayışda qeyd olunub.
Ermənistanla yanaşı, Misir, İran, Çin, Yunanıstan və Yaponiya dünyanın ən qədim 6 ölkəsi sırasındadır”- deyə “Русская семерка” saytı yazıb.(https://russian7.ru/?s=%D0%93%D0%BE%D1%81%D1%83%D0%B4%D0%B0%D1%80%D1%81%D1%82%D0%B2%D0%BE+%D0%A3%D1%80%D0%B0%D1%80%D1%82%D1%83&submit=) Sayta bu linklə girin
Qeyd edək ki, araşdırmaçı yazar Sənubər Sarallı "Oğurlanmış tarix. Soyqırımı" kitabında yazır:"Sankt-Peterburq Dövlət Tarix Muzeyində - antik dünya və Qafqaz ekspozisiyalarından birində akademik Boris Borisoviç Piotrovski (1908-1990) haqqında məlumat olan stend açılıb. Karmir-Blur qazıntıları ilə bağlı lövhənin yanında isə Urartunun xəritəsi diqqəti cəlb edir. Bu qədim dövlətin ərazisi ətrafında, Xəzər və Qara dənizin ətrafındakı ərazidə mövcud olan dövlətlərin və şəhərlərin adları qeyd olunub: Rusiya, İran, İraq, Gürcüstan (Tiflis-Tbilisi), Ermənistan (Ravan-Erivan-Yerevan). Yalnız Azərbaycan göstərilməyib. Bu xəritə Ermitajda görəsən, neçə ildir ki, asılır? Ancaq görünür ki, bu xəritədəki dəqiq coğrafi saxtakarlıq heç kimi maraqlandırmır, onunla heç kimin işi yoxdur. Tarixçilər isə yaxşı bilirlər ki, haylar, yəni ermənilər yalnız 19-cu yüzilin əvvəlində Qafqaza köçürülmüşlər və yerli etnoslardan biri sayıla bilməzlər.
1975-1980-cı illərdə "Kuryer" jurnalında erməni alimlərinin YUNESKO-ya qədim Urartunun Ermənistana mənsub olduğu haqqında məlumatlar təqdim etdikləri qeyd olunub. Guya ki, 3 min il bundan əvvəl bu dövlətin ərazisində erməni (hay) faktorunun olması mənbələrdə göstərilib. YUNESKO-nun mütəxəssisləri bütün faktları araşdırdıqdan sonra bu versiyanın doğruluğuna inanmadıqlarını bildirmişlər. Doğrudan da Urartu dövləti haqqında məlumatlar var, ancaq onun əsasında ermənilərin mövcud olması haqda qeydlər belə yoxdur. Burada eramızdan əvvəl yaşamış Mark Tulley Siseronun (106-43-cü illər) sözləri yada düşür: "Tarixin ilkin şərti - yalandan çəkinməkdir. İkincisi - həqiqəti danmamaqdır. Üçüncüsü - özünü tamah və qəsdən düşmənçilikdə şübhəli sayılmağa heç bir əl yeri qoymamaqdır."
Tarixçilər isə tutarlı faktlarla isbat edir ki, Urartunun erməni dövlətinə çevrilməsi hayların uydurduğu ən gülməli yalandır. Tarixçi Dilavər Qurbanov bildirir ki, bizim e.ə. lX-Xlll əsrlərdə Urartu dövləti mövcud olub:"Bu dövlət o dövrün məlum imperiyaları Het, Lidiya, Assuriya ilə qarşılıqlı əlaqədə olub. Urartulular hurrilərə qohum olmaqla yanaşı, hurri dilində danışan xalqdır. Hayların onları özlərinə əcdad seçməsi isə gülünc yalandır. Məqsəd özlərini Şərqi Anadolunun yerli xalqına “çevrilməkdir”. Şərqi Anadoluda Van qülləsi, 50 metr uzunluğunda Şamran kanalı üzərində rahat oxunan urartu yazıları ilə zəngindir. Urartu dili Nax-Dağıstan dil qrupuna aiddir. Yuxarıda deyildiyi kimi, Linqvistik tədqiqatlar sübut edir ki, Hind–Avropa dil ailəsinə məxsus erməni dili həddən artıq deformasiyaya uğrayaraq, Qafqaz dillərinə qarışıb. Dəqiqliklə oxunan Urartu dilinin erməni dili ilə heç bir yaxınlığı yoxdur. Qədim müəlliflər hay və frakiyalıların eyni dildə danışdığını qeyd edirdilər. Professor Kəmaləddin Koroğlu yazır ki, Urartu dövründə Şərqi Anadolu və Qafqazda ermənilər olmayıb. Onlar yalnız farslar dövründə Şərqi Anadoluya gəlməyə başlayıblar. Bu dövrdə isə artıq Urartu dövləti yox idi. Professor V.Movrodin yazır: “Urartu Ararat (Ağrı) dağının adından meydana gəlib”.
Tarixdən bəllidir ki, Van gölünün qərbində Arma vilayəti olub. Yeri gəlmişkən, bu ad ilk dəfə Əhəməni hökmdarı Daranın Bisutun kitabəsində çəkilir. E.ə. 612-ciildə Arma vilayəti Midiyanın hakimiyyəti altında olur. Həmin vilayətdə yaşayan altı qəbilədən yalnız birinin Frakiyadan gəlmə haylar olduğu güman edilir”.
P.S. Bilirik ki, erməni həyasızlığı sərhəd tanımır. Erməni həyasızlığını bəsləyən, cücərdən, inkifını təmin edən isə onları 1812-1828-ci ildə Qafqaza köçürən Çar Rusiyası olub, sonra SSRİ, indi isə Rusiya Federativ Respublikası bu yalanı, həyasızlığa geniş imkanlar açır. Bizim tarixçilər əl-qollarını çırmayıb, bu həyasızlığın qarşısını almasa, tezliklə yurdumuzun qədim tarixi “tarix” olacaq.
Əntiqə Rəşid