Rusiyanın Azərbaycanda keçiriləcək mədəniyyət tədbirləri ləğv edildi

Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri ləğv edilir.
Bu barədə Adalet.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Rusiya Federasiyasının Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edilir.
Bilet almış vaətəndaşlar biletləri qaytarmaq üçün müvafiq satış məntəqələrinə və onlayn paltformalarına müraciət edə bilərlər.
Digər Xəbərlər

"Zəfərin 5-ci ili: Böyük Qayıdışın addımları" adlı fotomüsabiqə yekunlaşıb

Arif Babayevin son durumu

Mark Avreli heykəli Türkiyəyə qaytarıldı - 65 ildən sonra - FOTOLAR

Arif Babayevin son durumu açıqlandı

Baş həkimdən Arif Babayevin vəziyyəti ilə bağlı açıqlama

Türkiyənin 22-ci UNESCO İrsi: Sardis və Bintepə - FOTOLAR

TƏBİB-dən Arif Babayevin son durumu ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
