11 Aprel 2025 18:24
413
DÜNYA

Rusiyanın keçmiş xarici işlər naziri xarici agent ELAN OLUNDU

Rusiyanın keçmiş xarici işlər naziri Andrey Kozırev xarici agent elan olunub.

Adalet.az xəbər verir ki, Rusiya Ədliyyə Nazirliyi Kozırevi xarici agentlərin reyestrinə daxil edib.

Qeyd edək ki, Andrey Kozırev 1990-1996-cı illərdə Rusiya xarici işlər naziri vəzifəsini tutub.

Hazırda ABŞ-da yaşayan keçmiş nazir Rusiya hakimiyyətinin əleyhinə çıxışlar edir.