Sabunçudakı tunelə yığılmış su ərazidən kənarlaşdırıldı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülən tədbirlər nəticəsində paytaxtın Sabunçu rayonunda Dəmiryol stansiyası yaxınlığında yerləşən tuneldən suyun çəkilərək kənarlaşdırılması işləri yekunlaşıb.
Bu barədə Adalet.az-a FHN-dən bildirilib.
Hazırda digər istiqamətlərdə subasma ilə bağlı əməliyyat davam etdirilir.