"Sağlam həyat tərzi zehni gücü artırır"

“Hər bir insan öz qorxusunun öhdəsindən gəlməyi öyrənə bilər".
Adalet.az xəbər verir ki, 93 FM dalğasında yayımlanan “Sağlam radio” nun qonağı olan Səhiyyə Nazirliyi 2 nömrəli Klinik Psixiatriya Xəstəxanası Baş həkimi Leyla Bəşirova qorxuların aradan qaldırması və idarəetməsi üçün özünəkömək strategiyaların mövcudluğunu qeyd edib.
Onun sözlərinə görə, ilk növbədə qorxunu qəbul edib, tanımaq lazımdır:
“Əvvəlcə özünüzə etiraf edin: “Hə, mən qorxuram”. Bunda heç bir qəbahət yoxdur, sizin qorxmaq hüququnuz var. Daha sonra özünüzə sual verin “Mən nədən qorxuram? Mənim qorxum nədir?”. Qorxunu tanıyıb onu qəbul etmək, onunla mübarizədə ilk və vacib addımdır. Nəfəs texnikaları var, hansı ki qorxunu və həyəcanı azaldır, məsələn dərin, yavaş nəfəs alma. Qorxudan tam qaçmaq əvəzinə, onu kiçik dozalarda və təhlükəsiz şəraitdə yaşamaq məsləhət görülür. Məsələn, əgər hündürlükdən qorxursunuzsa, əvvəl aşağı mərtəbələrə çıxın, sonra yavaş-yavaş daha yüksək yerlərə”.
L.Bəşirova bildirib ki, qorxu gələndə öz-özünüz ilə söhbət aparın, özünüzü pozitivliyə yönləndirin, qorxunu azaldacaq sözlər deyin “Mən təhlükədə deyiləm. Bu sadəcə bir hissdir və tezliklə keçəcək. Mən bunu bacaracam”:
“Sağlam həyat tərzi zehni gücü artırır. Dərin fiziolojı yuxu, sağlam qidalanma, fiziki fəaliyyət, hər gün 20-30 dəqiqəlik gəzinti belə qorxu səviyyəsini azalda bilər. Qorxunu aşmaq üçün etdiyiniz hər kiçik irəliləyişə görə özünüzü mükafatlandırın, bu, motivasiyanı artırır. Özünəkömək strategiyası başlanğıc üçün yaxşıdır. Lakin özünüz bacara bilmədiyiniz halda və qorxunun gündəlik həyatınızı ciddi təsir edirsə, professional dəstək, psixoloq və psixiatra müraciət etmək daha effektiv olar”.
Digər Xəbərlər

Uşağınızın qorxusu mənasız olsa da...

Sürətli arıqlamağın sirri

Bu meyvələr sizi kökəldə bilər

Kondisioner niyə bəzi insanlara pis təsir edir?

Saqqallı kişilərin nəzərinə! - Bakteriya mənbəyi imiş

Uşaqların bu yaşda dənizdə çimməsi təhlükəlidir - Həkimdən xəbərdarlıq

Yuxusuzluqdan əziyyət çəkənlər nə etməlidir? - Dietoloqlardan məsləhət
