Sahibə Qafarova Baqer Qalibafa başsağlığı verdi

Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı məktubu ünvanlayıb.
Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədri Baqer Qalibafa başsağlığı məktubu ünvanlayıb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən xəbərə görə, Parlamentin sədri İranın Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insanların həlak olması və yaralanması ilə əlaqədar kədərləndiyini bildirib. Spiker İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına öz adından və Azərbaycan Respublikası Milli Məclisinin deputatları adından dərin hüznlə başsağlığı verib.
Digər Xəbərlər

"Bu səfərin nəticələri çox gözəl olacaq" - İlham Əliyev

Prezidentlər mətbuata birgə bəyanatlarla çıxış etdilər - YENİLƏNİB

"İran və Azərbaycan Şərqi Qərbə, Şimalı Cənuba birləşdirən dördyol ola bilər"

İran Prezidenti: Bizim universitetlərimiz biri-biri ilə təcrübələri bölüşə bilərlər

Məsud Pezeşkian: Azərbaycan və İran ticarət, elm, təcrübə, texnologiya mübadiləsi üçün bir məkandır

Azərbaycan Prezidenti: Araz dəhlizi layihəsi həm bölgəmizdə, həm dünyada böyük diqqət cəlb edir

Prezidentlər biznes forumunda iştirak ediblər - YENİLƏNİB
