Sahibə Qafarova Cenevrəyə getdi

İyulun 27-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti Parlament Sədrlərinin 6-cı Dünya Konfransında və Parlamentlərarası İttifaqın Qadın Parlament Sədrlərinin 15-ci Sammitində iştirak etmək üçün İsveçrə Konfederasiyasının Cenevrə şəhərinə işgüzar səfərə gəlib.
Adalet.az xəbər verir ki, Cenevrə hava limanında Milli Məclisin sədrini Azərbaycanın İsveçrədəki səfiri Fuad İsgəndərov, ölkəmizin BMT-nin Cenevrə bölməsindəki daimi nümayəndəsi Qalib İsrafilov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Milli Məclisin sədrinin tədbirlərdə çıxışları və nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulur.
Digər Xəbərlər

Sahibə Qafarova Braziliya Deputatlar Palatasının sədri ilə görüşdü

Ceyhun Bayramov Saja Farooqu qəbul edib

İlham Əliyevdən 2 milyon manatlıq SƏRƏNCAM

Ceyhun Bayramov çex həmkarı ilə müzakirə apardı

Cenevrədə Qadın Parlament Sədrlərinin Sammiti keçirilib, Milli Məclisin sədri çıxış edib

Hikmət Hacıyev İran Təhlükəsizlik Şurasının katibi ilə telefonla danışıb

Ceyhun Bayramovla Baxtiyor Saidov arasında telefon danışığı olub
