Şair Ramaldanovun qəzaya düşən yaxınlarının vəziyyəti AÇIQLANDI
Hərbi ekspert Şair Ramaldanovun qəzaya düşən yaxınlarının vəziyyəti açıqlanıb.
Bu barədə Adalet.az-ın sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Qeyd olunub ki, yaralılara bədənin müxtəlif nahiyələrinin travmaları və sıyrılmış yaraları, politravma, qamış sümüyünün üçdəbir hissəsinin sınığı diaqnozları təyin olunub və zəruri tibbi xidmətlər göstərilib:
"2022-ci il təvəllüdlü (hər ikisi kişi cinsli) azyaşlıların vəziyyəti qənaətbəxş qiymətləndirildiyindən ambulator müalicə üçün evə buraxılıblar.
Müalicələri Reanimasiya şöbəsində davam etdirilən 1966-cı il (qadın) və 2017-ci il (kişi) təvəllüdlü şəxslər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina ediblər".


Bakı -°C

