Sarıcalıya növbəti köç karvanı yola salındı

Ağdam rayonunun Sarıcalı kəndinə növbəti köç karvanı yola salınıb.
Adalet.az xəbər verir ki, Ağdam rayonunun yenidən qurulmuş Sarıcalı kəndinə bu mərhələdə 35 ailə – 158 nəfər köçürülür.
Köçürülən ailələrdən 16-sı (82 nəfər) Bakı şəhərindən, 14-ü (52 nəfər) Ağdam, 3-ü (12 nəfər) Yevlax, 2-si (12 nəfər) isə Ağcabədi rayonlarındandır.
Köçürülən ailələr ölkənin müxtəlif bölgələrində, əsasən yataqxanalarda, sanatoriyalarda və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdir.
Beləliklə, bu köç prosesi ilə rayonun Sarıcalı kəndinə köçürülənlərin sayı 767 nəfərə (184 ailə) çatacaq.
Digər Xəbərlər

Böyük Qayıdış yeni iş imkanları yaradır - VİDEO

Qəyyumluq və himayəçilik orqanlarının qərarları EHİS-ə daxil ediləcək

Bu gündən balıq ovu qadağan edilir

Bu ərazilərdə 3 gün su olmayacaq

Yenidən qurulan Ağdama Böyük Qayıdış təntənəsi

May ayının ilk gününə olan hava proqnozu

Zərdabda bu yolun yenidən qurulmasına başlanılıb - VİDEO
