Saxtakarlığın pik həddi: Saxta abidəyə yeni adlar qeyd edilir
jpg-1745305437.jpg)
Bu ilin yanvarında Ermənistanın baş naziri Nikol Paşinyan ermənilərin Osmanlı İmperiyasındakı "soyqırımı" məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat verdi: "Biz erməni "soyqırımı"nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə "soyqırımı" gündəliyi yox idi, amma artıq 1950-ci ildə o, gündəliyə daxil oldu".
Paşinyanın bu bəyanatından sonra ədavəti, düşmənçiliyi özlərinə ideologiya edən erməni toplumu, xüsusən “ziyalı” qisim qızışaraq baş nazirə inad olsun deyə növbəti addım atıblar.
Adalet.az xəbər verir ki, Erməni Soyqırımı Muzey-İnstitut Fondunun direktoru Edita Qzoyan məlumat verib və tezliklə bu siyahıya soyqırımşünaslığın ayrıca elmi sahə kimi formalaşmasında və inkişafında böyük xidmətləri olan Rafael Lemkinin də adının əlavə olunacaq. Başını, ağlını, məntiqini türk düşmənçiliyi xarab etmiş muzey direktoru belə bir məntiqsiz qərarla dünya “gündəmin də ilk” olduğunun fərqində deyil.
O yazır :” Lemkinin adı təkcə “soyqırım” termininin yaradılmasında və 1948-ci ildə BMT-nin “Soyqırım cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” 1941-ci il 9 dekabr tarixli Konvensiyasının hazırlanması işində iştirak etməklə deyil, həm də tarix boyu baş vermiş müxtəlif soyqırımların hərtərəfli tədqiqi ilə bağlıdır.
Memorialda həmçinin ermənilərn qəhrəmancasına özünümüdafiəsi zamanı 4 minə yaxın ermənini xilas edən fransız admiralı Lui de Fournetin adı da yer alacaq”.
Xatırladaq ki, bu erməni ziyalılarının ilk təşəbbüsü deyil. 100 metr uzunluğunda ucaltqıqları bazaltdan olan saxta Xatirə Divarının bir hissəsində özlərinin uydurduqları olmayan soyqırımın olmayan qurbanlarının adlarını yazıblar. Qalan hissəsinə isə Roma Papası Fransisk kimi məsələnin əslini bildi bilmədi, məqsədli şəkildə saxta erməni soyqırımına etiraz edən ictimai xadimlərin, siyasətçilərin, ziyalıların məzarlarından götürülmüş torpaqla dolu küplər xatirə divarının arxasında basdırılır. Onlar Fridtcof Nansen, XV Benedict, Qiasomo Korini, Anatoli Franc, Ceyms Bruc, Cohannes Lepsius, Franz Verfel, Armin Veqner, Henr Morqenzau, Hedviq Bühl, Fayez al-Husain, Karen Ceppe, Yakob Künzler, Bodil Almaaa İohanson, Klara Barton kimi tanınmış simalar , türk düşmənləridir.
Qeyd edək ki, "Soyqırım” terminini siyasi ədəbiyyata gətirən Polşa əsilli yəhudi hüquqşünas Rafael Lemkinin adı ilə yaradılmış “Lemkin Soyqırımların Qarşısının Alınması İnstitutu” hazırda erməni uydurma və yalanlarına uyaraq ikili standartlardan çıxış edir.
İnstitut dəfələrlə Azərbaycanı suçlayaraq, ona qarşı bəyanatlarla çıxış etmiş, Azərbaycanı dünyanın gözündən salmaq üçün konkret hərəkətlərə başlamışdı. 1943-cü siyasi termin kimi tanınan və 1948-ci ildə ildə isə beynəlxalq status alan “soyqırım” kəlməsinin yaranması ən çox ermənilərin xeyrinə olub.
İnstitut “erməni soyqırımının tanınması uğrunda böyük bir hərəkata imza atıblar və ABŞ-ın bütün statlarında qondarma soyqırımını rəsmən tanıtmağa nail olublar. Bu azmış kimi həm də sosial şəbəkə hesablarında : “Lemkin Institutu, dünyadakı Erməni diasporasını 50 ABŞ əyalətinin tamamında soyqırımın tanınma prosesini tamamladıqlarına görə təbrik edir!’ yazaraq paylaşım ediblər.
Əntiqə Rəşid