04 Noyabr 2024 15:44
2369
MARAQLI

Səudiyyə Ərəbistanına qar yağdı - FOTOLAR

2021-ci ildə Səudiyyə Ərəbistanının təbiətinə uyğun olmayan bir hadisə baş verdi. Son 50 ildə ilk dəfə SƏ ən böyük şəhəri olan Tabuk bölgəsinə qar yağdı. Məlumatda qeyd olundu ki, yerli sakinlər qarın yağmasından çox məmnundular.

Həmin ildən sonra hər il 1 yaxud 2 dəfə Səudiyyə Ərəbistanına qar yağması adi hala çevrilib .

 Adalet.az xəbər verir ki, hazırda Səudiyyə Ərəbistanı yenə də qeyri-adi hava şəraiti ilə üzləşib, səhrada yağış və dolu, ardınca isə qar yağıb.
Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzi səhraya yağan bu qeyri-adi qarı bu ərəfədə regionda yağan güclü yağışlar və dolu düşməsi ilə əlaqələndirir.
 
Qar 2 gündür regionda intensiv yağan güclü yağışdan sonra başlayıb. Əvvəl dolu , sonra qar dənələri səhralara səpələnib. Əsas yağıntı həmişə günəşli olan Əl-Cəvf bölgəsində olub. Səhranın bəzi yerlərində yağışlar nəticəsində bitki örtüyü çiçək açıb.
 
Səudiyyə Ərəbistanı Milli Meteorologiya Mərkəzi xəbərdarlıq edib ki, Cazan, Assir, Əl-Baha, Məkkə, Mədinə, Qasım, Heyl, Ər-Riyad və Şərq regionunu toz dumanları, güclü yağış, dolu və duman örtə bilər.

 Əntiqə Rəşid 

330.jfif (130 KB)331.jfif (103 KB)332.jfif (108 KB)

 Əntiqə Rəşid