adalet.az header logo
  • Bakı -°C
15 Dekabr 2025 17:39
83
GÜNDƏM
A- A+

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirildi 

Hərbi Dəniz Qüvvələrinin (HDQ) "N" saylı hərbi hissəsində "Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə Adalet.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən HDQ komandanı kontr-admiral Şahin Məmmədov kursu müvəffəqiyyətlə bitirən hərbçiləri təbrik edib, Azərbaycan və Türkiyə ordularının peşəkar təlimatçılarının da cəlb edildiyi kursların yüksək səviyyədə təşkilinə və keçirilməsinə görə heyətə təşəkkürünü bildirib.

Daha sonra Azərbaycan və Türkiyədən olan təlimatçılara, kursu müvəffəqiyyətlə bitirən məzunlara fəxri fərmanlar, sertifikatlar, fərqlənmə döş nişanları və qiymətli hədiyyələr təqdim olunub.

Kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.