"Suriya hökumətini dəstəkləyirik" -Dövlət başçısı

Əfsuslar olsun ki, əvvəlki rəhbərlik dövründə Suriya ermənipərəst, anti-Azərbaycan mövqeyindən çıxış etdi.
Adalet.az xəbər verir ki, bunu Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Ermənistanın rəhbərliyi ilə Suriyanın ovaxtkı rəhbərliyi arasında bir çox təmasların olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “İndi isə bəlkə də Ermənistan hökuməti elə bilir ki, bu, heç kimin yadında deyil, yox, biz bunu xatırlayırıq. İndi isə görürük ki, onlar (Ermənistan) Suriyaya humanitar yardım göstərməyə cəhd edirlər. Bu, bir daha Ermənistanın riyakarlığını göstərir. Ümid edirik ki, Suriya hökuməti tərəfindən belə ikiüzlü insanlara yenidən meydan verilməyəcək. Biz Suriya hökumətini dəstəkləyirik”.
Digər Xəbərlər

Azərbaycanın regiondakı lider mövqeyi güclənməkdə davam edir

Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrinin görüşü olub - YENİLƏNİB

Prezidentdən Azərbaycan İnvestisiya Holdinqi ilə bağlı FƏRMAN

İlham Əliyev bu sənədi təsdiq etdi

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı

Bu günün və gələcəyin strateji xəritəsi

İlham Əliyev Çin səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB + FOTO
