16 Aprel 2025 17:01
417
DÜNYA

Suriyada dövlət çevrilişinin qarşısı alınıb

Suriya təhlükəsizlik xidmətləri Müdafiə Nazirliyi ilə birlikdə Suriya ordusunun keçmiş zabitlərindən ibarət qrup tərəfindən təşkil edilmiş dövlət çevrilişinə cəhdin qarşısını alıb.

Adalet.az xəbər verir ki, bu  barədə Suriyanın daxili işlər naziri Ənəs Xəttab məlumat yayıb. 

Bildirilir ki, sui-qəsdçilər “devrilmiş rejimin” tərəfdarlarına arxalanaraq hazırkı hökuməti devirməyi planlaşdırıblar. Hüquq-mühafizə orqanlarının operativ işi və əhalinin dəstəyi sayəsində onların planlarının üstü açılıb.

"Biz əvvəlki rejimin zabitləri tərəfindən hazırlanan dövlət çevrilişi planlarının qarşısını aldıq. Bu, silahlı qüvvələrimizin və xalqımızın səyi nəticəsində mümkün olub", - deyə rəsmi açıqlamada bildirilir.