08 Oktyabr 2024 10:24
4062
MARAQLI

" ARB-24" ün politoloqları

Son vaxtlar hansı  televiziya kanalına baxırsan siyasi icmalçıları politoloqları görürsən. Burda pis heç nə yoxdu.

Pis odur ki, o politoloqların çoxu danışanda elə bil ki, onların ağzını sanki ərişdə yandırıb. Nə danışırlar heç nə başa düsmək olmur. Yaxud da danışdıqları hamının bildiyi məsələlərdir. Elə onların danışdıqlarını nənəm də bilir. Xüsusi ilə də " ARB-24"ün politoloqları bir- birindən  fərqlənmirlər. Hər hanısı bir mövzunu primitiv, bayağı bir formada danışırlar. Terminlərdən  çox istifadə edirlər və tamaşaçıları yorurlar.

Onlar  zəhmət çəkib Türkiyənin, Rusiyanın politoloqlarına baxsınlar.Görsünlər onlar neçə danışıb, tamaşaçıları elə alırlar. Sovet dönəmində Azərbaycanda  çox savadlı və auditoriyanı ələ alan siyasi icmalçılar vardı.

Şirməmməd Hüseynov, Murtuz Ələsgərov, Seyfəddin Qəndilov, Qulu Məhərrəmli danışanda ağızlarından dür tökülürdü. Və tamaşaçılar da  bu gözəl insanların  çıxışlarını səbirsizliklə gözləyrdilər. Öyrənmək heç vaxt gec deyil. Bax, indiki politoloqlar çox şeyi bilmirlər, verilişlərə hazılaşıb çıxmalıdırlar. Yoxsa onların danışdıqları bəsit təhlillər tamaşaçıları yorub bezdirəcək və axırda da onlara kütlə baxmayacaq!

Emil Faiqoğlu