11 Noyabr 2024 18:36
1683
MEDİA

Bizə qəzet oxumaq yaraşmır...

Bizə nə desən, yaraşır, bircə qəzet oxumaqdan başqa.

Birdəə qəzet oxuyarıq savadımız artar, gözümüz açılar və yatmış vicdanımız oyanar. Və bir də biz qiybət eləməyi, sözgəzdirməyi, yalan danışmağı, xaşla araq içməyi bütün millətlərdən daha yaxşı bilirik. Bax bunlar hamısı bizə yaraşır. Əgər bu deyilənlər üzrə yarış keçirilsə, dünyada birinci yerə çıxarıq.

Çünki bunlar hamısı bizə çox yaxşı yaraşır.Amma , vallah, yenə deyirəm, qəzet oxumaq bizə yaraşmır ki, yaraşmır.Qoy , qəzeti ruslar, fransızlar, almanlar, yaponlar, ingilislər oxusunlar. Ki, qəzet oxumaq o millətlərə yaman yaraşır. Bu gün səhər -səhər şəhərə gedirdim.Metroda vaqonda əyləşəndə  gördüm ki, əksər adamlar mobil telefona gözlərini zilləyiblər və heç başlarını qaldırıb ətraflarına belə baxmırlar.

Amma özaramızdır ha, telefonda bizə yaraşır. Vaqona göz gəzdirdim və gördüm ki, bir nəfər yaşlı kişi kitab oxuyur. Sevindim ki, nə yaxşı bizim millətdən də  kitab oxuyan varmış.Birdən gördüm ki, həmin adam rusca yanındakına nəsə deyir.Və məlum oldu ki,kitab oxuyan adam bizim millətdən deyilmiş, rus imiş.Qanım yenidən qaraldı! Və bir daha yenidən dərk etdim ki, bizə kitab oxumaq yaraşmır!..

Emil Faiqoğlu