23 Noyabr 2024 11:32
857
AVTOMABİL

Avtomobillərin şinləri niyə dəyişdirilməlidir?  

Avtomobillərin saz vəziyyətdə olmasında şinlərin  çox böyük əhəmiyyət var.

Məhz buna görə də yay və qış fəslində avtomobillərin təkərləri dəyişdirilməlidir. Əgər bu dəyişikliklər edilməsə, qışda nəqliyyat vasitələrinin sürücüləri bir çox problemlə üzləşə bilər. Amma bizdə əksər sürücülər bu, prinsiplərə əməl eləmir və öz bildikləri kimi hərəkət edirlər. Nəticədə isə qarlı, şaxtalı günlərdə yollar sürüşkən olanda  " keçəl təkərlər"  qəzalar yaradır. Bax , bundan sonra o sürücülər peşmançılıq hissi keçirirlər.

Qarşıdansa,  qış gəlir. Ona görə də həmin havalara uyğun təkərlər alınmalı və avtomobillər qış şinləri ilə təmin edilməlidir. Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin inspektoru Elvin Hacıyev deyir ki, hər bir sürücü bu məsələləri diqqət mərkəzində saxlamalı və mövsümə uyğun şinlərdən  istifadə etməklə təhlükəsizlik qaydalarına əməl etməlidir. Biz dəfələrlə qış mövsümü başlamamışdan öncə sürücüləri maarifləndirir, onlara lazımi tövsiyə veririk. Heç şübhəsiz, apardığimız maarifləndirmə işləri də öz müsbət nəticəsini verir.

Bir daha qış mövsümünün yaxınlaşması ilə əlaqədar müxtəlif nəqliyyat vasitələrinin sürücülərinə müraciət edərək deyirik ki, soyuq havalarda yolların sürüşkən olduğunu nəzərə alaraq  avtomobillərdə yay şinlərini qış şinləri  ilə əvəzləsinlər. Bu, onların təhlükəsizliyini təmin edir!

Emil Faiqoğlu