18 Mart 2025 19:10
180
GÜNDƏM

On bir gün gücləndirilmiş rejimdə işləyəcəklər - Faiq QİSMƏTOĞLU yazır

Martın 20- dən 31- ə kimi ölkəmizdə Novruz bayramı ilə əlaqədar olaraq iş olmayacaq.

Bax biz həmin günlər dincələcək, istirahət üçün ölkəmizin müxtəlif bölgələrinə üz tutacağıq. Amma on bir gün müddətində DİN-in bütün strukturları gücləndirilmiş iş rejimində çalışacaqlar. Onlar ictimai asayişi qoruyacaq və bizim təhlükəsizliyimizi təmin edəcəklər. Bu mənada qurumun Əlahiddə Çevik Polis Alayının üzərinə də yüksək məsuliyyət düşür.

Onlar bayram tədbirlərinin  təhlükəsiz keçirilməsini, eləcə də ictimai asayişin qorunmasını heç şübhəsiz bu Novruzda da  təmin etməyi bacaracaqlar.Əlbəttə, Bakıda Novruz günlərində  kütləvi tədbirlər daha çox olur. Dənizkənarı milli parkda, İçərişəhərdə  Novruzun gəlişi ilə konsert proqramlarının təşkil edilməsi, kosa ilə keçəlin şirin söhbətləri və eləcə də müxtəlif sənət adamlarının, müğənnilərin çıxışı böyük maraq doğurur.Ona görə də belə tədbirlərə çoxlu sayda insan toplaşır.

Onların təhlükəsizliyini isə polis, o cümlədən Çevik Polis Alayının əməkdaşları qoruyur. Çevik Polis Alayının  qəhrəmanlığını biz İkinci Qarabağ savaşında, eləcə də anti-terror əməliyyatları keçirilən zamanda gördük. Gördük ki, onlar necə qəhrəmanlıqla döyüşdülər.  Şəhidlərimiz də oldu, qazilərimiz də oldu, amma düşmən üzərində möhtəşəm qələbə qazanaraq  ərazi bütövlüyümüzü tamamilə bərpa etdik.

Bu bayram günülərində   vətənin yolunda canından keçən şəhid polislərimizin yeri  Cənnət olsun deyirik. Xidmət edənlərə isə cansağlığı arzulayırıq! Çevik Polis Alayının Xətai, Binəqədi, Suraxanı rayonları üzərə bölükləri  həmişə tapşırılan isə məsuliyyətlə yanaşır, ictimai asayişi yüksək peşəkarlıqla təmin edir, cinayətkarlığa qarşı fəal mübarizə aparır və vətəndaşlarla isti, səmimi münasibətlər qururlar.

Ona görə də bu bayram günlərində  Çevik Polis Alayının əməkdaşlarının çiyninə böyük məsuliyyət düşür. Sevindirici haldır ki, onlar bu məsuliyyəti dərindən başa düşür və vətənə  şərəflə  xidmət edirlər!