Qaydaları pozanlar...

Yol hərəkətinin təhlükəsizliyinin təmin edilməsində yol polisinin rolu əvəzsizdir. Ən azından ona görə ki, yol polisi gözə dəyməyəndə bir çox sürücülər kobud qayda pozuntusuna yol verir, avtoxuliqanlıq edir və sərxoş vəziyyətdə sükan arxasında əyləşərlər. Bu isə birmənalı olaraq ölümə gedən yol deməkdir.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsi Yol Patrul Xidməti Alayının beşinci tağımının əməkdaşları da bir qayda olaraq paytaxta hərəkətin təhlükəsizliyinin təmin edilməsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlir. Belə ki, onlar xidmət apardıqları küçə və prospektlərdə hərəkət iştirakçılarının mənzil başına sağ- salamat çatmaları üçün bütün qabaqlayıcı tədbirləri vaxtında həyata keçirir. Əlbəttə , öncə beşinci tağımın əməkdaşları kobud qayda pozuntularına- avtoxuliqanlara, sərxoş sürücülərə, qəza vəziyyəti yaradanlar, sürücülük hüququ olmadan sükan arxasında əyləşənlər qarşı vaxtında və yüksək peşəkarlıqla tədbirlər görülür. " Dayanma" , " durma" qaydalarını pozanlara və avtobus dayanacaqlarını zəbt edənlər inzibati məsuliyyətə cəlb edilir.
Amma bu o demək deyil ki, tağım əməkdaşları əsas vasitə kimi cəza tədbirlərindən isifadə edirlər. Onlar inzibati məsuliyyətdən öncə sürücüləri, hərəkət iştirakçılarını maarifləndirirlər. Bu addımlar uğurlu olmayanda onlar məcbur olub inzibati üsullardan istifadə edilirlər. 5-ci tağımın komandiri Nurlan Əliyev deyir ki, əməkdaşlarımız qeyri- sabit hava şəraitindən tutmuş, adı hava şəraitinə qədər avtomobil yollarında hərəkətin təhlükəsizliyini yüksək səviyyədə təmin edirlər. Hərəkətin intensiv olduğu saatlarda tıxacların vaxtında aradan qaldırılması üçün bütün qabaqlayıcı tədbirlər elə həmin an gerçəkləşdirilir. Xüsusilə səhər və axşam saatlarında belə vəziyyət yaranır.
Ona görə də əməkdaşlarımız belə çətin iş şəraitinə həmişə hazırdır və tapşırılan vəzifəni yüksək peşəkarlıqla yerinə yetirirlər! Bəli, tağım komandirinin sözünə qüvvət olaraq deyə bilərik ki, Bakıda hərəkətin təhlükəsizliyinin təmin edilməsi üçün Yol Patrul Xidməti Alayının beşinci tağımın əməkdaşları bütün zəruri tədbirləri vaxtında həyata keçirir. Bu isə qəzaların qarşısının alınması, ölüm və xəsarətalma hadisələrinin baş verməməsi, azalması deməkdir!
Emil Faiqoğlu