02 May 2025 09:25
119
MARAQLI

Cahilliyin buynuzu olmur ha...

Kitab oxuyun deyəndə çoxları ağzın  əyir və deyir ki, bizim kitab oxuyan vaxtımız  deyil.

Qoy kitabı gənclər oxusun.Yadıma bir əhvalat düşdü. Bir imkanlı dostuma dedim ki, vaxtın olanda heç olmasa, ildə bir dəfə kitab oxusan pis olmaz. Nə desə , yaxşıdı?! Dedi ki, rəhmətliyin oğlu mənim pul qazanmaqdan vaxtım olur, kitabı xanımım oxuyur.Ta bir söz demədim və matım- qutum qurudu.

Elə bir mətləbdən bir az uzaqlaşdım. Axı cahillikdən danışırdım.Bir arvadın oğlunun əlinə dəmirov xəstəliyi düsür. O da  oğlunu həkimə aparmaq əvəzinə , mollanının  yanına aparır və dua yazdırır.

Bax biz aramızda hələ də belə cahil adamlar var. Bir azdan görəcəyik ki, bəziləri mollanın yanına gedib başqa şeylər də deyəcəklər. Məsələn, deyəcəklər  ki,  mənim ürəyim xəstədir ürəyimə bir dua yaz! Molla da pulunu alıb o duanı yazacaq , hələ o yana da keçəcək. Onun nə vecinə.Çünki cahillər çox olduqca mollaların kefi kök olar!!!

Emil Faiqoğlu