29 Iyul 2025 12:34
107
İQTİSADİYYAT

Tikinti materiallarını yola yığıblar

Çox qəribədir ki, Bakıda bəzi tikinti malları satan mağazalar onları səkinin düz ortasına yığırlar. Bu isə həmin səkidə hərəkət edən insanların böyük narazılığına səbəb olur. Əlbəttə, belə  tikinti materiallarının satışı, həm də, küçə ticarəti deməkdir.

Bu qanunsuzluğa qarşı icra  hakimiyyətləri, o cümlədən polis mübarizə  aparmalıdır. Ədalət naminə deyək ki, adını çəkdiyimiz qurumlar da çox vaxt üzərlərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlirlər. Amma bəzən görürsən ki, yenə küçə ticarətində neqativ hallar  baş verir. Məsələn, Yeni Günəşlidən  Göhnə Günəşliyə gedərkən yolayrıcına az qalmış solda inşaat materialları mağazası var.

Tikinti materiallarının bir hissəsi mağazadan çıxarılıb, düz səkinin ortasına yığılıb. Bu isə birmənalı olaraq qanun pozuntusu, küçə ticarəti deməkdir. Həmin səki ilə hərəkət  eləmək istəyən piyada istər- istəməz avtomobil yolunun hərəkət hissəsinə çıxacaq! Bəs bu, nə deməkdir? Bu , o deməkdir ki, piyadanı yola çıxarkən hər an avtomobil vura bilər.

Onsuz da Bakıda biz tez- tez piyadavurma hadisələrinin baş verməsini eşidirik! Qanunu pozub küçə   ticarəti ilə məşğul olan, eləcə də piyadaların hərəkəti üçün təhlükə yaradan  bu tikinti materiallarının mağazası  mövcud nöqsanları aradan qaldırmalıdir. Eyni zamanda küçə ticarətinin qarşısını almalı olan icra orqanları da  qanunu puzduğuna görə, tikinti materialları mağazasını inzibati məsuliyyətə cəlb etməlidir!

Emil Faiqoğlu