“Rusiya ordusunda döyüşən azərbaycanlılar cəzalandırılmasa...”
“Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində həlak olan azərbaycanlıların sayı artır. İş o yerə çatıb ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda savaşan qazimiz Rusiyaya gedərək müqavilə əsasında işğalçı dövlətin ordusuna qoşulub və döyüşdə ölüb. Bu müharibədə Rusiyanın Ermənistandan fərqi yoxdur. Ermənistan da işğalçı idi, Rusiya da işğalçıdır. Belə çıxır ki, işğalçıya qarşı savaşan döyüşçümüz, bir başqa müharibədə işğalçıya qoşulub. Bunun vaxtilə Suriyada terrorçulara qoşularaq Azərbaycan qanunlarını pozulmasıyla heç bir fərqi yoxdur. Suriyadan geri qayıdan həmin şəxslər cinayət məsuliyyətinə cəlb olundular. Bəs Azərbaycan pasportu ilə Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsində iştirak edənlər necə cinayət məsuliyyətinə cəlb olunurlarmı?”.
Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
O, bildirib ki, belələri cəzalandırılmasa, Rusiya ordusuna qoşulan azərbaycanlıların sayı azalmayacaq:
“Kreml şirnikləndirici müqavilə təklifləriylə qeyri-rusları, o cümlədən azərbaycanlıları ölümə göndərməkdə davam edəcək. Rusiya vətəndaşı olan azərbaycanlının müqavilə əsasında Ukraynaya qarşı müharibədə iştirak etməsi onun öz işidir, halbuki, bu da doğru deyil. Bir də var ki, Rusiyada miqrant həyatı sürən azərbaycanlının işğalçı müharibədə iştirak etməsi. Ukrayna ordusunun əsir götürdüyü azərbaycanlılar barədə də məlumatlar artıb. Azərbaycanın müvafiq dövlət strukturları bu halların qarşısını almaq barədə düşünməlidir”.
Vasif
Digər Xəbərlər
15 Dekabr 2025 18:14
Amnistiya barədə qərar layihəsi Milli Məclisdə müzakirə olunacaq
15 Dekabr 2025 16:44
Aİ iki Azərbaycan vətəndaşına qarşı sanksiyalar tətbiq etdi
15 Dekabr 2025 15:32
Prezident amnistiya elan olunması təşəbbüsünü irəli sürdü
15 Dekabr 2025 15:30
İlham Əliyev Avstraliyanın Baş nazirinə başsağlığı verdi
15 Dekabr 2025 15:06
20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatı Azərbaycanda keçiriləcək
15 Dekabr 2025 14:54
Mir Şahinin Vaxtı - VİDEO
15 Dekabr 2025 14:36
Nazirlər Kabinetinin Milli Məclisdə hesabat vermə tarixi dəyişdi
15 Dekabr 2025 12:53


Bakı -°C

