TDT çərçivəsində Jurnalistlər Birliyinin yaradılması nəzərdə tutulur
Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində Jurnalistlər Birliyinin yaradılması nəzərdə tutulur.
Adalet.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının Baş katibinin müavini Ömer Kocaman Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.
O qeyd edib ki, bu gün təşkilat 55 sahədə fəaliyyət göstərir:
"Azərbaycan Prezidenti İlham Əliyevin "Türk dünyası ailəmizdir, ondan başqa ailəmiz yoxdur" sözləri fəaliyyətimiz üçün yeni bir cığır açıb. Bizim qarşımızda fürsətlərlə yanaşı, texnologiyanın inkişafı ilə əlaqədar təhdidlər də yaranıb, bunlar yalan xəbərlərdir. Son illər biz TDT çərçivəsində dezinformasiya ilə mübarizə yolunda müfəssəl əməkdaşlığa nail olmuşuq. Bu, KİV-lər, telekanallar arasında əlaqələndirmə qrupunun yaradılmasından ibarətdir".
Ö.Kocaman əlavə edib ki, TDT-nin görünüşü yenilənib:
"2025-2027-ci illərə nəzər saldıqda biz məlumat və xəbərlər mübadiləsi sahəsində əlaqələndirici mərkəz kimi çıxış edəcəyik. Hazırda bizim üçün əsas məsələlərdən biri TDT çərçivəsində Jurnalistlər Birliyinin yaradılmasıdır".
Digər Xəbərlər
12 Dekabr 2025 16:52
MEDİA-nın kollektivi Heydər Əliyevin məzarını ziyarət etdi - FOTOLAR
11 Dekabr 2025 11:17
Əhməd İsmayılov Suriyanın informasiya naziri ilə görüşdü - FOTO
09 Dekabr 2025 19:37
Tanınmış jurnalist Azərbaycan Dövlət Radiosuna rəhbər təyin edildi
09 Dekabr 2025 17:46
Media nümayəndələri üçün "Storytelling" mövzusunda təlimlərə başlanılıb - FOTOLAR
08 Dekabr 2025 15:19
AZƏRTAC-ın müxbiri “Persona-2025” nominasiyasının qalibi olub
08 Dekabr 2025 15:05
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
08 Dekabr 2025 14:40
MEDİA "Fərdi jurnalist müsabiqəsi"nin nəticələrini açıqladı
05 Dekabr 2025 14:45


Bakı -°C

