"Təcridxanada azadlıqda olduğum kimi oldum" - Həbsdən çıxan Ədalət Verdiyev

Şərti cəza ilə həbsdən buraxılan hərbi ekspert Ədalət Verdiyev paylaşım edib.
Adalet.az xəbər verir ki, paylaşımda deyilir:
"7 aprel tarixindən azadlıqdayam. Təcridxanada azadlıqda olduğum kimi oldum.
Bir neçə dəfə saxlanılan şəxslərin ümumi maraqları naminə Bakı İstintaq Təcridxanasının rəhbərliyinə müraciət etdim və müsbət nəticələr də əldə etdim.
Həbs müddətində həm Baş Prokurorluqda, həm polis bölməsində, həm təcridxanada, həm məhkəmələrdə mənə qarşı xüsusi diqqət və hörmətlə yanaşdılar, buna görə də dövlətimə, adı çəkilən qurumların mənimlə təmasda olan əməkdaşlarına təşəkkür edirəm".
Qeyd edək ki, Ədalət Verdiyev Cinayət Məcəlləsinin 284.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətə dövlət və yerli özünü idarəetmə orqanlarında rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, ona təyin olunmuş cəza CM-nin 70-ci maddəsinə uyğun olaraq 1 il sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq edilib.
Digər Xəbərlər

Başlıbel qətliamından 32 İL ÖTÜR

Minatəmizləmə Agentliyində maliyyə-idarəetmə pozuntuları aşkar edildi

Anar Əliyevə iki yeni müavin təyin edildi - FOTO

Toplanan cərimələrin 50 faizi hərbçilərin maaşlarına əlavə ediləcək
jpg-1744894866.jpg)
Paşinyan "Qarabağ hərəkatı"nı niyə "dağıdıcı" adlandırdı? -ŞƏRH

Hesablama Palatası Kliniki Tibbi Mərkəzdə nöqsanlar aşkarladı

Yağış onları sınağa çəkdi...
