Təqaüd düzəltmək adı altında dələduzluq edən şəxs həbs edildi

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə vətəndaşların etibarından sui-istifadə edərək onların maddi vəsaitini dələduzluq yolu ilə ələ keçirməkdə ittiham edilən, əvvəllər məhkum olunmuş 41 yaşlı Rasim Yusubov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, o, zərərçəkənləri işlə təmin etmək və təqaüd təyin etdirmək barədə yalan vədlər verərək aldadıb. Dələduzluq yolu ilə Cəlilabad və Masallı rayon sakini olan 8 nəfərin müxtəlif məbləğlərdə pulunu ələ keçirib.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə R.Yusubov barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Müharibədən qaçaraq Azərbaycana gələn rus hərbçi öz ölkəsinə təhvil verildi

Yasamalda kartdan 5 min manat oğurlayan şəxs saxlanıldı

Naxçıvanda 75 yaşlı qadını öldürüb quyuya atan həmcinsi tutuldu - YENİLƏNİB

Cinayətdə şübhəli bilinən 75 nəfər saxlanıldı

Narkokuryerlikdə şübhəli bilinən şəxslər saxlanıldı

Vardanyanın məhkəməsində mina terrorunun qurbanları danışıb: Bir gündə iki oğlumu itirdim - YENİLƏNİB

Naxçıvanda dələduzluq edən şəxs saxlanıldı
