Təyyarə qəzasında həlak olan Sumqayıt sakini dəfn edilib
AZAL-a məxsus Bakı-Qroznı istiqamətində uçan təyyarənin dekabrın 25-də qəzaya uğraması nəticəsində həlak olan Sumqayıt sakini Ağayev Ramin Söhbət oğlu bu gün Sumqayıtın Zeynalabdin qəsəbəsinin qəbiristanlığında dəfn olunub.
Adalet.az xəbər verir ki, 1996-cı il təvəllüdlü R.Ağayevin nəşi qəsəbədə yaşayan valideynlərinə təhvil verilib.
Dəfn mərasimində qəsəbə sakinləri və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.
Digər Xəbərlər
09 Yanvar 2025 16:42
Şirvanda 9-cu sinif şagirdi vəfat edib
09 Yanvar 2025 13:06Sabah külək əsəcək
09 Yanvar 2025 12:22Vüqar Həşimovun atası dəfn edildi
09 Yanvar 2025 11:37Şəhid qardaşı intihar edib - FOTO + YENİLƏNİB
09 Yanvar 2025 11:02