19 Mart 2025 12:55
299
DÜNYA

"Türk jurnalistlərin xərcini Paşinyan çəkib":18 min dolllar erməniləri "yandırdı"

 Xəbər verdiyimiz kimi, martın 10-13-də Türkiyənin 10 media orqanını təmsil edən jurnalistlər İrəvana səfər etdilər. Hətta Nikol Paşinyan Türkiyə mətbuatına müsahibə verdiyi barədə bəyanat yaydı.


Əslində “NTV”, “CNN Türk”, “TRT World” “Hurriyet”, “Daily News”, “T24”, ”Anadolu”, “İhlas”, “Sözcü”, “Mediascope” kimi media qurumlarının əməkdaşlarının yer aldığı səfərin kim tərəfindən təşkil edilməsi maraqlı detallardan biri kimi erməniləri bərk narahat edirdi.

Adalet.az xəbər verir ki, ermənilər nəhayət gerçəyi bildilər. Beləki, 10 türk media nümayəndəsinin Ermənistan-Türkiyə münasibətlərinin normallaşmasına yardım etmək üçün təşkil edilən üç günlük media turuna nəqliyyat, yaşayış və yemək xərcləri daxil olub ki, bu da ümumilikdə 7 milyon 550,280 dram ( təxminən 18 min ABŞ dolları) edib.
.
Prezident Aparatının İctimaiyyətlə Əlaqələr və İnformasiya Mərkəzinin direktoru Qor Tsarukyan məlumat verib.Türkiyə mediasına və ya onların nümayəndələrinə heç bir qonorar, gündəlik pul və ya qonorar verilməyib.

 Qeyd edək ki, ABŞ-da fəaliyyət göstərən “Kaliforniya kuryer” qəzetinin baş redaktoru Harut Sasunyan narazılıqları gördükdən sonra Paşinyanın türk jurnalistləri qəbul etməsini yanlış adlandırıb

 Əntiqə Rəşid